HACI MÖVSÜMÜN ATASININ 40 MƏRASİMİ KEÇİRİLDİ - FOTO

Bü gün AİP-in təşəbbüsü ilə "Mədinə gül" sarayında partiyanın sədri hacı Mövsüm Səmədovun atası Mərdan Səmədovun vəfatı ilə əlaqədar 40 məclisi təşkil edildi. 
 
Mərasimdə ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, cəmiyyətin inanclı kəsimi iştirak edirdi.
 
Hüzn məclisi ruhani alim Ələddin Məmmədlinin ifasında Qurani-Kərimin tilavəti ilə başladı.
 
AİP-in sədr əvəzi Elçin Manafov ilk öncə hazırda məhbəs həyatı yaşayan partiya sədri Mövsüm Səmədovun adından gələn qonaqları salamlayaraq məclisdə iştirak etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi.
 
Azərbaycanın tanınmış din xadimlərindən biri, Quran hafizi Zülfüqar Mikayılzadə çıxışında mərhumun oğlu Mövsüm Səmədova və digər ailə üzvlərinə başsaglığı verərək, Qurani-Kərimdə Nəml surəsinin ayələrini təfsir etdi.
 
Natiq xalis iman üçün insanın mənəvi inkişafının vacibliyini vurğuladı. Qurani-Kərimdə Süleyman peyğəmbərin hadisəsinə işarə edərək, hətta insanın qüdrət sahibi olduqda qarışqaya belə zülm etməməyi Allahın bir mesajı kimi qiymətləndirdi.
 
Yəni insan nə qədər qüdrətdə yetişsə hətta qarışqa kimi balaca mövcudata da qarşı ədalətli olması Quranın bizə tövsiyyəsidir.
 
Allahın nurununinsanın daxilində təcəlli etməsi üçün rəzilətli sifətlərin özündən uzaqlaşdırmasının vacibliyini vurğulayan ruhani alim Ağa Behişti, qəzəb, həsəd, şəhvət kimi rəzil sifətlərdən uzaq olmanın, insan üçün ölçü vahidinin Haqq-Təalanın özünün nümunə götürülməsinin vacibliyini söylədi.
 
Allah yad olunan məclisləri yer üzünün cənnət bağları adlandıran tanınmış ilahiyyatçı alim hacı Şahin Həsənli Peyğəmbər (s) yaşadığı çətin dövrlərində və Mədinədə qüdrətə çatdığı zaman eyni ruhiyyədə olduğunu söylədi:
 
“Yəni insan hansı məqamda olursa olsun ruhiyyəsində dəyişiklik yoxdursa, bu onun imanının kamilliyinin göstəricisidir. Məhbəsdə olan ruhani alimlərimizin hansı şəraitdə olmasına baxmayaraq, ruhiyyələrinin aliliyi bu gün bizlərə bir dərs kimi nümunədir”.
 
Tanınmış məddah Yaşar Cahid öz şeri ilə məclisə başsağlığını bildirdi, daha sonra iştirakçılar Ələddin Məmmədlinin ifasında rozə dinlədilər.
 
Mərasimdə iştirak edən siyasi xadimlər - (KXCP) sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, QAT sədri Akif Nağı başsağlığı diləklərini çatdırdılar.
 
 
 
 
 
 
(İslaminsesi.org)

Google+ WhatsApp ok.ru