Haşimi Rəfsəncaninin izdihamlı dəfn mərasimi - FOTOLAR

Haşimi Rəfsəncaninin izdihamlı dəfn mərasimi - FOTOLAR

 
Bu gün --yanvarın 10-da Tehranda İranın keçmiş prezidenti  Əli Əkbər Haşimi Rəfsəncaniylə vida mərasimi keçirilib.
 
Əli Əkbər Haşimi Rəfsəncani  1989-1997-ci illərdə prezident olub. O, yanvarın 9-da 82 yaşında vəfat edib.Keçmiş prezident ürəktutmadan ölüb. O Tehranda, İslam İnqilabının banisi Ayatollah Ruhollah Xomeyninin (rəh) məqbərəsində dəfn olunacaq.
 
Qeyd edək ki, Ali Rəhbər  Ayətullah Xamenei bu gün  səhər Tehran Universitetində Ayətullah Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin cənazə mərasimində iştirak edib.
 
Maide.Az xəbər verir ki, İran xalqının nümayəndələrinin, prezident, hökumət və ordu rəhbərlərinin iştirakı ilə, hüzn və kədər dolu bir atmosferdə keçən mərasimdə Ali  Rəhbər mərhum Ayətullah Haşimi Rəfsəncaninin nəşinə cənazə namazı qılıb. 
 
 Ayətullah Rəfsəncaninin dəfn mərasiminə İrandakı xarici ölkələrin səfirləri, İranın digər ölkələrdəki bəzi səfirləri və bəzi ölkələrin yüksək səviyyəli rəsmiləri də mərasimdə iştirak edirlər. 
 
Xalq mərasimdə iştirak etmək üçün Tehran Universiteti və ətrafındakı küçələrdə saatlar əvvəl toplanmışdır. İnsanlar əllərində Ayətullah Rəfsəncaninin, İmam Xomeyni, Ali Rəhbərin birlikdə fotolarını daşıyırlar. İnsanlar, həmçinin Ayətullah Haşimin Rəfsəncaniyə məhəbbətlərini göstərən müxtəlif plakatlar da qaldırıblar.
 
Maide.Az Ayətullah Haşimi Rəfsəncaninin  izdihamlı dəfn mərasimindən fotoları təqdim edir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru