Haitidə 70 nəfər vəba xəstəliyindən ölüb

Haitidə 70 nəfər vəba xəstəliyindən ölüb

 
Haitidə baş verən “Metyu” qasırğasından sonra 70 nəfər vəba xəstəliyindən ölüb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Haiti hökumətinin nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hazırda əsas vəzifə zərərçəkənlərə yardım göstərilməsi və epidemiyanın qarşısının alınmasıdır.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Haitinin qasırğadan ən çox əziyyət çəkmiş iki departamentində 201 nəfər vəba xəstəliyinə yoluxub.
 
Xatırladaq ki, 2014-cü ildə baş verən zəlzələdən sonra Haitidə vəba epidemiyası 132 nəfərin həyatına son qoymuşdu. /

Google+ WhatsApp ok.ru