Hakimiyyət Azərbaycanda siyasi məhbus olmasını inkar edir

Hakimiyyət Azərbaycanda siyasi məhbus olmasını inkar edir.  Bu barədə bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Əl-Cəzirə" telekanalının beynəlxalq təşkilatların siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışlarla barədə sualına cavab olaraq söyləyib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir: “Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər.

Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur”. 

Qeyd edək ki, Azərbaycanda yenilənmiş siyasi məhbusların vahid siyahısına 80 nəfər siyasi məhbusun adı daxildir.Azərbaycan hakimiyyəti siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatlar tərəfindən sıxışdırıldığından siyasi məhbus məsələsini etiraf etmir.Buda onu göstərir ki, Azərbaycanda bundan sonra da repressiyalar davam edəcək və əsassız ittihamla həbs olunan şəxslər siyasi məhbus hesab edilməyəcək. /
 

Google+ WhatsApp ok.ru