Halal Qida məhsulları kosmosa da göndəriləcək

Halal Qida məhsulları kosmosa da göndəriləcək

 Birləşmiş Ərəb Əmirliyindən olan Ərəb astronavt (kosmonavt) Hazza Əli əl-Mənsuri cari ilin Sentyabr ayının sonlarında Rusiyanın kosmik gəmisi ilə kosmosa uçacaq.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, bu kosmonavtın müsəlman olduğunu nəzərə alan "Space Food Laboratory" şirkəti ilk dəfə olaraq kosmos yolçuları üçün müxtəlif halal qida məhsulları hazırlayacaq.
 
Bu qida məhsulları kosmonavtın özündən öncə beynəlxalq kosmik stansiyaya göndəriləcək.  
 
Qeyd edək ki, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) 2018-ci ildə Rusiya ilə bir kosmonavtının beynəlxalq kosmik stansiyaya göndərilməsi barədə müqavilə bağlamışdı. Buna görə də əl-Mənsuri və Sultan Niyaz keçən ilin payızından Moskvada təlim kurslarında iştirak ediblər. Təlim məşqlərindən sonra Mənsuri kosmosa göndərilmək üçün seçilib.
 
Mənsuri, rusiyalı kosmonavt Oleq Skripoçka və amerikalı astronavt Cesika Meyr  ilə birlikdə Rusiyanın "Sayuz15" kosmik gəmisi ilə fəzaya göndəriləcək.  
 
Hazza Əli əl-Mənsuri 8 gün kosmik stansiyada qaldıqdan sonra yerə qayıdacaq.
 

Google+ WhatsApp ok.ru