Halal yeməklər festivalı: Amerikada

Halal yeməklər festivalı: Amerikada

Amerikanın İllinois ştatının Fremont qəsəbəsində Halal yeməklər festivalı keçiriləcək. 
 
Maide.Az “mercurynews”-a istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, halal yeməklər festivalı bu əyalətdə təşkil olunur. 
 
Halal yeməklərə insanların marağı həddən artıq çox olduğu üçün təşkilatçılar hər il bir günlük keçirilən festivalın müddətini bir gün artıraraq 2 gün edib. 
 
Festival iyul ayının 8-9-da keçiriləcək. Festival çərçivəsində müsəlman təşkilatçılar Amerika vətəndaşlarına müxtəlif növ halal yeməklər, o cümlədən kabablar, müxtəlif növ dondurmalar,  toyuq yeməkləri, salatlar və s. təqdim edəcək. 
 
Festival çərçivəsində həmçinin ənənəvi yeməklər də insanlara təqdim olunacaq.  
 
Festivalda 20-dən çox halal yeməklər satan kafe, restoran və mağaza iştirak edir.   
 
Festival çərçivəsində müsəlman incəsənət xadimləri teatrlar təşkil edir, uşaqların əylənməsi üçün müxtəlif aktraksionlar qurulur, əl işləri sənayesi sərgisi təşkil olunur. /

Google+ WhatsApp ok.ru