Hasekedəki ABŞ qüvvələrinə hücum

Hasekedəki ABŞ qüvvələrinə hücum

 
Suriya Ərəb Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Hasekedə ABŞ ordusunun patrul qüvvələrinə hücum edilib. Patrul qrupunun avtomobili məhv edilib, yaralı əsgərlər var.
 
Yerli mənbələrə görə, ABŞ əsgərlərini və Demokratik Suriya Qüvvələri (DSQ) adlı terror qruplaşmasının üzvlərini daşıyan "Hammer" tipli hərbi nəqliyyat vasitəsi Hasekenin cənub-qərbindəki Ruveysid kəndinin kəsişməsində naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Digər tərəfdən, 6 apreldə Deyr əz-Zor əyalətinin Haseke sərhədləri yaxınlığında DSQ terrorçuları və ABŞ əsgərlərinin ortaq patruluna naməlum şəxslər hücum etmişdi. Hücumda bir ABŞ zabiti və iki terrorçu öldürülmüşdü.

Google+ WhatsApp ok.ru