Hava şarlarından ibarət robot nümayiş olunub - VİDEO

Hava şarlarından ibarət robot nümayiş olunub - VİDEO

Yaponiya mühəndisləri korpusu heliumla doldurulmuş nazik materiyadan ibarət robot manipulyator yaradıblar.  
 
Uzunluğu 20 metr təşkil edən robot 1,2 kiloqramlıq az çəkisi ilə fərqlənir. Mütəxəssislərin sözlərinə görə, yığılmış vəziyyətdə qurğunu avtomobilin baqajına yerləşdirmək olar.    
 
Məlumata görə, manipulyator konstruksiyanın üst tərəfinə bərkidilmiş süni “pnevmatik əzələlərlə” idarə olunur. Lakin mühəndislər qeyd edirlər ki, robot ağır yüklərin daşınması üçün nəzərdə tutulmayıb. Qurğudan istifadənin perspektivli sahəsinin axtarış və xilasetmə əməliyyatlarının olacağı bildirilir. (ictnews) /

Google+ WhatsApp ok.ru