Havalar sərinləşəcək

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq

Sabah Bakıda şimal küləyinin əsməsi ilə havanın temperaturu bir qədər enəcək. Yaxın iki gün ərzində Bakıda ötən günlərlə müqayisədə hava nisbətən sərin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumatda bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb və şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-17, gündüz 25-30 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru