Havalar soyuyandan 12 nəfər dəm qazından zəhərlənib 27 Oktyabr 2015 02:00 Ölkə Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 12 nəfər müraciət edib. Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, bu rəqəmi ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar: "Bu il dəm qazından zəhərlənənlər arasında ölüm halları baş verməyib". Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanları ehtiyatlı olmağı tövsiyə edib. Teqlər : #Havalar soyuyandan 12 nəfər dəm qazından zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru KANAL 12-nin Azerspace peykindən yayımı tamamilə dayandırılıb Sionist rejimi Qüdsdə yaşayan fələstinlilərin vətəndaşlığını ləğv edir