KANAL 12-nin Azerspace peykindən yayımı tamamilə dayandırılıb

Azərbaycan Respublikasının Azerspace peyki Türkiyənin Kanal 12 şiə televiziyasının yayımını dayandırıb.
Maide.az xəbər verir ki, Türkiyədə Kanal 12 televiziyası ofisinin direktoru Cavad Gök bu xəbəri təsdiqləyərək bildirib ki, Peyk yayımının dayandırılmasına baxmayaraq, bu televiziya müsəlmanlar və şiələrə xidmətini dayandırmayacaq. 
Cavad Gök həmçinin Azərbaycan Respublikasında bu televiziyanın tamaşaçılarından istəyib ki, bu televiziyanın internet saytından proqramlarını izləsinlər. 
Kanal 12 şiə televiziyasının Azerspace peykindən yayımı Tasua günündən öncədən xəbərdarlıq olmadan və heç bir səbəb elan edilmədən dayandırılıb.  
Məlumatlı mənbədən əldə etdiyimiz məlumata görə, Kanal 12-nin yayımı Milli Televiziya və Radio Şurası (MTRŞ) göstərişi əsasında dayandırılıb, lakin oktyabrın 23-də  Kanal 12 TV-nin AzerSpace-dəki yayımının dayandırılması ilə bağlı "Azərkosmos" ASC bildirmişdi ki, telekanalın yayımının dayandırılması texniki problemlərlə bağlıdır: “Yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində hazırda işlər aparılır. Yaxın zamanda bu problemlərin həll ediləcəyinə ümid edirik”. /
 

 

Google+ WhatsApp ok.ru