Havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Fevralın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.
 
Yarımadada gecə 4-6, gündüz 11-16 dərəcə isti olacaq. Bəzi yerlərdə 19 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.
 
Sabah rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
 
Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.
 
Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru