Göyə sovrulan milyardlar, işsizlik və artan qiymətlər...

«Ölkənin əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır». Bunlar rəsmi «Azərbaycan» qəzetində yazılır. Beynəlxalq maliyyə qurumlarının ölkədə aparılan fəaliyyəti yüksək dəyərləndirdiyi vurğulanır. Dünya Bankı, «Doing Business» hesabatlarında Azərbaycanı yüksək yerlərə layiq gördükləri deyilir.
 
Bununla belə ölkənin sosial və iqtisadi problemlər məngənəsində boğulması bir sıra media orqanlarının aparıcı mövzusudur.
 
 ​HƏR ŞEY SÜLALƏ HAKİMİYYƏTİNİN TAMAHINA QURBAN GETDİ 
 
«İndi Azərbaycan müstəqil idi. Bu sərvətlə böyük sıçrayışlara imza ata bilərdi. Lakin Azərbaycan işğalçının da vura bilmədiyi zərbəni aldı!»- deyə tanınmış jurnalist Şahvələd Çobanoğlu «Azadlıq» qəzetində dərc edilən məqaləsində vaxtilə ölkəyə axan milyardların mənasız yerə xərclənməsinə toxunur:
 
«Hər şey bir sülalə hakimiyyətinin tamahına qurban getdi. Bakı nefti Əliyevlərin qurbanı oldu»-deyən jurnalist həm də iqtisadi böhran palitrasına mövqe bildirir.
 
Müəllif iqtidarı bu sərvəti «milli və mənəvi inkişaf kapital»a döndərməməkdə qınayır: «XX əsrin əvvəlində olduğu kimi XXI əsrin əvvəlində də neftdən gələn
 
milyardlar mənəvi və milli inkişaf kapitalına çevrilmədi» - deyə Bakı neftinin ölkəyə gətirdiyi milyardların talan olunduğunu qeyd edir:
 
«Ən maraqlısı odur ki, XXI əsrin əvvəlində də eyni film təkrar olundu. Ay nə bilim, əsrin müqaviləsi, böyük ümidlər, böyük pullar, böyük layihələr. Sanki bir film idi, bircə aya ötüb keçdi. «Bağ belə, bostan belə» deyənlər sonunda xalqa ucuz un təklif etdilər ki, neft səltənətinin sakinləri ac qalmasın». azadliq.org /

Google+ WhatsApp ok.ru