Havanın temperaturu +40,+43 olacaq

Avqustun 4-də bütün ölkə ərazisində quru isti hava şəraiti olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.  
 
Yüksək rütubət istinin daha çox hiss olunmasına səbəb olacaq.
 
Ölkənin regionlarında da isti olacaq. Ən çox istilər Naxçıvanda və aran rayonlarında olacaq -  +43 dərəcəyə qədər.
 
Böyük Qafqazın dağətəyi rayonlarında isə qısamüddətli yağışlar gözlənilir.

Google+ WhatsApp ok.ru