Məhkəmə Ərdoğanın sarayını qanunsuz elan etdi

Ankara 5-ci İdarə Məhkəməsi aylardır mübahisə mövzusu olan prezident sarayı ilə bağlı qərarını açıqlayıb. Qərara əsasən, prezident Rəcəb Tayyib Ərdoğanın iqamətgahı olan Ağ sarayın inşasını nəzərdə tutan plan ləğv edilib. Bu da prezident sarayının qeyri-qanuni ərazidə inşa olunmasının məhkəmə səviyyəsində təsdiqi deməkdir. Məlum plan prezident sarayı ilə yanaşı, Ankapark və Ankara bulvarının inşasını nəzərdə tuturdu. Qərardan sonra hər üç məkan plansız qalmış sayılır. Qarşı tərəf qərara etiraz olaraq növbəti instansiyaya müraciət edə bilər.
 
Qeyd edək ki, martın 11-də məhkəmə sarayın inşasına imkan yaradan planın icrasının dayandırılması barədə qərar çıxarmışdı. Həmin vaxt Ərdoğan bildirmişdi ki, gücləri çatırsa, sarayı yıxsınlar: «Planın icrasını dayandırdılar, amma bu binanın qarşısını ala bilməyəcəklər. Açılışını da edəcəm, içinə də girib oturacam». /

Google+ WhatsApp ok.ru