Havanın temperaturu 40 dərəcəyədək yüksələcək

İyunun 24-də Bakıda və Abşeronda havanın temperaturu 36 dərəcəyədək yüksələcək, şimal-qərb küləyi  əsəcək.
 
Abşeronun şimal sahilində çimərliklərdə suyun temperaturu 24-25, cənub sahilində 25-26 dərəcə olacaq.
 
Külək və isti hava, rütubətlilik meteohəssas insanlara təsir göstərəcək.
 
Ölkə regionlarında da hava isti olacaq: Naxçıvan 40 dərəcə, Gəncə-Qazax zonası 35-40, Böyük Qafqaz dağətəyi rayonlarında 38 dərəcə, Mərkəzi aran rayonlarında 42 dərəcə.
 
Cənub regionunda 34-39 dərəcə olacaq.
 
Ən sərin yer Kiçik Qafqaz bölgəsi – Dağlıq Qarabağ və ona bitişik rayonlardır. Gündüz havanın temperaturu 31-33 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru