Helikopterin vurulmasına NATO da reaksiya verdi 13 Noyabr 2014 02:00 Hərb NATO Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan SQ-nin hərbi vertolyotunu vurması barədə məlumatlardan narahatdır. Maide.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Facebook"-dakı səhifəsində yazıb. C.Appaturay bildirib: "İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, tərəflər təmkin nümayiş etdirməli və münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar". Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub. Teqlər : #Helikopterin vurulmasına NATO da reaksiya verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan məhv edilən helikopterdəki üç nəfərin adını açıqladı Müdafiə Nazirliyi:İrimiqyaslı təlimlər başladı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'