Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib

Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib

Hepatit C xəstəliyinə qarşı istifadə olunan daklatasvir və sofosbuvir koronavirusun müalicəsində də kömək edə bilər.
 
Bu, bir qrup braziliyalı alimin keçirdiyi müşahidə nəticəsində müəyyən edilib.
 
Qeyd olunub ki, bu preparatlar üç müxtəlif hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində infeksiyanın yayılmasının qarşısını alıb.
 
Alimlər həmçinin bildirib ki, yoluxmuş hüceyrələrdə iltihab proseslərinə səbəb olan maddələrin yaranması ləngiyir.
 
Alimlərin fikrincə, ilkin mərhələdə virusa qarşı bu preparatlarn qəbulu ağır yoluxma hallarının sayını azalda bilər. /Trend
 

Google+ WhatsApp ok.ru