Hindistan Çin və Pakistanla savaşa hazırlaşır

Hindistan Çin və Pakistanla savaşa hazırlaşır

Hindistan Rusiyadan MiQ-29 və Su-30MKİ təyyarələri, eləcə də S-400 sistemlərini qısa müddət ərzində əldə etmək istəyir.
 
Bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
 
Məlumata görə, Hindistan bu silahlarla Pakistan və Çindən gələn təhdidləri neytrallaşdırmaq niyyətindədir.
 
Mənbə Çin və Pakistanın da hazırda hərbi hava qüvvələrini sürətlə modernləşdirmək istədiyini bildirib.
 
Hindistan konflikt başlayacağı halda məhz Rusiyadan aldığı silahlar sayəsində düşmənin havadakı üstünlüyünü yox edəcəyini düşünür. / Axar.az
 

Google+ WhatsApp ok.ru