Hesabat: Amerika sərhədçiləri minlərlə immiqrantı öldürüb

Hesabat: Amerika sərhədçiləri minlərlə immiqrantı öldürüb

Bir qrup insan haqları müdafiəçisi  elan edib ki, ABŞ sərhəd patrol xidməti Amerika və Mekzika sərhəddində immiqrantlara qarşı qeyri-insani və dəhşətli hərəkətləri ilə “böyük tarixi cinayət” törədiblər. 
 
Maide.Az xəbər verir ki, mərkəzi ofisi Amerikanın Arizonasında yerləşən “No More Deaths” insan haqları qrupu elan edib ki,  ABŞ sərhəd patrol xidməti səhradan bir “silah” kimi istifadə edərək on minlərlə insanı öldürüb yoxa çıxartma layihəsini icra edib. 
 
Bu insan haqları qrupunun hesabatında bildirilir ki,  Amerikalı sərhədçilər  sənədsiz və heç bir yerdə qeydiyyatı olmayan immiqrantları axtarır və bu strategiyanı yürütməklə  onların ölümünə, yaralanmasına və ya itgin düşməsinə səbəb olur. 
 
Hesabatda bildirilir ki,  bu  sərhədçilər  Amerikanın cənub-qərb səhralığını “itgin düşmüş şəxslərin geniş qəbristanlığına” çevirib. 
 
Hesabatda bildirilir ki, 1990-ci ildən indiyədək  on minlərlə insan  Mekzikada Amerikaya keçərkən itgin düşüb. Onlardan 1200 nəfəri ötən il itgin düşüb. 
 
Amerika Gömrük və Sərhəd Mühafizəsi Təşkilatı isə bəyanat yayaraq öz etdiklərini müdafiə edib və sərhəddə ölüm hallarını insan alverçilərinin üzərinə atıb. 
 

Google+ WhatsApp ok.ru