Heydər İbadi koalisiya təyyarələrinin Tikrit əməliyyatına qoşulmamasını əmr etdi

Maide.az "Əl-Məyadin"ə istinadən xəbər verir ki, İraqın baş naziri Heydər əl-İbadi Tikritin İŞİD işğalından azad edilməsi üçün keçirilən əməliyyata qatılan Könüllü Xalq Qüvvələrinə və Beynəlxalq Koalisiyaya Tikritə qarşı hücumları dayandırması barədə əmr verib.
 
İraq hökuməti Səlahəddin rayonunun azad edilməsi üçün başladılan əməliyyatda ABŞ rəhbərliyindəki Beynəlxalq Koalisiyadan hava dəstəyi istəmədiyi üçün yaxın zamana qədər koalisiya təyyarələri əməliyyatlara qatılmırdı.
 
Ancaq region ölkələrinin təzyiqləri səbəbilə amerikalı hərbi rəsmilər İraq müdafiə naziri Hadi Əl-Ubeydi ilə görüşmüş, sonra da Beynəlxalq Koalisiya təyyarələri Tikritə hava hücumlarına başlamışdı.
 
Beynəlxalq Koalisiyanın Tikrit əməliyyatına qoşulmasından sonra isə Könüllü Xalq Qüvvələrini təşkil edən Sədr Hərəkatına bağlı Sülh Briqadaları ilə Əhlul Haqq Hərəkatı əməliyyatdan çəkildiyini açıqlamışdı.
 
Könüllü Xalq Qüvvələrini təşkil edən ən böyük qoşuna malik olan Bədr Təşkilatının rəhbəri Hadı Əl-Amiri də bu gün İraq baş naziri Heydər Əl-İbadiyə xitabən "Beynəlxalq Koalisiya Tikrit əməliyyatında iştirak etdiyi müddətdə Tikritdə tək bir güllə belə atmayacağıq" xəbərdarlığını edib.

 

Google+ WhatsApp ok.ru