Heydər əl-Abadi: Fəluca terrorçuların işğalından azad olundu

Heydər əl-Abadi: Fəluca terrorçuların işğalından azad olundu

Iraq hökuməti paytaxt Bağdadın qərbdə yerləşən Faluca şəhərinə nəzarəti bərpa edib." Fəluca terrorçuların işğalından azad olundu".
 
Maide.Az xəbər verir ki, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib.
 
“Növbəti hədəfimiz Mosul şəhəridir. İŞİD terrorçularına  mesajım budur ki, sizin İraqda yeriniz yoxdur.  İraq xalqı sizi istəmir”, deyə H.əl-Abadi bildirib.
 
Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.
 
Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.
 

Google+ WhatsApp ok.ru