Heydər əl-Abadi həbsxanada olan terrorçuların dərhal edamına çağırdı

Heydər əl-Abadi həbsxanada olan terrorçuların dərhal edamına çağırdı

-- Bəyanat İŞİD terrorçularının 8 girovu vəhşicəsinə qətlə yetirməsindən sonra...

İraqın baş naziri Heydər əl-Abadi ölüm kameralarında olan terrorçuların dərhal edamı barədə çağırış edib.
 
FaktXeber.com-un məlumatına görə, bu barədə France Press xəbər verib. Siyasətçinin bu bəyanatı İŞİD terrorçularının 8 girovu vəhşicəsinə qətlə yetirməsindən sonra səslənib.
 
BNO News bildirir ki, İraq həbsxanalarında hazırda 3 min terrorçu ölüm hökmünü gözləyir.
 
Xatırladaq ki, İŞİD terror təşkilatı tərəfindən girov götürülən  iraqlı hərbçilər  Səlahəddin əyalətində ölü tapılıb. Terror təşkilatının ultimatumundan 2 gün sonra  İraq ordusu edam olunmuş girovların cəsədini Tell əş-Şərəfdə aşkarlayıb. Qalıqlar elə halda olub ki, tanımaq  mümkün olmayıb. Ehtimal edilir ki, edam partlayıcı maddələrin köməyi ilə həyata keçirilib.
 
Girovların edam edildiyi barədə söz söhbət İŞİD-in terrorçu qadınların İraq həbsxanalarından azadlığı tələbi ilə qoyduğu müddətin bitməsindən sonra yayılmışdı. Bundan əvvəl İraq ordusunun nümayəndələri girovların edamına qədər  terrorçuları  tapma cəhdləri  barədə bəyan etmişdilər.
 
Bağdad İŞİD-lə danışıqları və onların tələblərini yerinə yetirməyi qəbul edilməz şərt adlandırmışdı.
 
Onu da xatırladaq ki, iyunun 17-də İŞİD terror təşkilatı  Bağdad-Kərkük yolunda pusqu quraraq 17 polis və şiə könüllülərini girov götürmüşdü. İŞİD terror təşkilatının xəbər agentliyi Amaq girov götürülən  iraqlı polis və könüllülərinin videosunu paylaşmışdı. Rolikdə 6 girovun hər biri özünü təqdim etdikdən sonra azadlıqları üçün şərtləri açıqlamışdılar. Şərt İraq həbsxanalarında olan bütün terrorçu qadınların azad edilməsi və bu tələbin 3 sutka ərzində yerinə yetirilməsindən ibarət idi. Əks təqdirdə girovların edam olunacağı bildirilirdi.
 

Google+ WhatsApp ok.ru