Hicablı şagirdlər üçün satışa məktəbli forması çıxarılıb

Maide.az-ın İrib.ir-a istinadən verdiyi xəbərə görə, Britaniyanın böyük mağaza şəbəkəsi qızlar üçün olan iki məktəblə hicablı geyim formaları barəsində müqavilə imzalayıb. 
“Biz ölkə boyu 350 məktəbi formayla təmin edirik. Məktəblər bizə geyim formalarının dizaynını göndərirlər ”, - deyə “John Lewis“ pərakəndə satış mərkəzinin nümayəndəsi “The Daily Mail-a” müsahibəsində bildirib.
Məktəbli qızlar üçün hicab sifarişi Ket Stivens adıyla tanınan müğənni Yusuf İslam tərəfindən 1983-cü ildə təsis olunan və Londonun şimal-qərb bölgəsində yerləşən “İslamiyyə” məktəbi, eləcə də Liverpuldakı Belveder akademiyasından gəlib.
Artıq “John Lewis“ mağazalarında valideynlər öz qızları üçün digər paltarlarla birgə hicab və bone də ala bilərlər. 
 

Google+ WhatsApp ok.ru