Hicablı tələbə qulaqlarını göstərmədiyi üçün imtahana buraxılmayıb

Hicablı tələbə qulaqlarını göstərmədiyi üçün imtahana buraxılmayıb

Hicablı tələbə qulaqlarını naməhrəm kişiyə göstərmədiyi üçün imtahana  buraxılmayıb.
 
Maide.Az xəbər verir ki, hadisə Kanadada Monreal kolleclərinin birində baş verib.
 
Biologiya müəllimi ondan imtahanda yoxlama apardığı üçün qulaqlarını açmağı tələb edib. Müəllim onun qulaqcıqdan istifadə edib-etməməsini yoxlamaq istəyib. Bununla razılaşmayan hicablı tələbə imtahandan çıxarılıb.
 
Kollecin rəhbərliyi baş verən hadisə ilə bağlı açıqlama verərkən bildirib ki, bu cür hal bir də təkrarlanmayacaq, tələbə üçün təkrar imtahan keçiriləcək.(islam.ru)
 

Google+ WhatsApp ok.ru