Hidrometeoroloqlar sabaha 41 dərəcə isti dedilər

Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, şərq küləyi cənub küləyi ilə əvəzlənəcək. Bakıda gecə 23-27, gündüz 30-37 dərəcə isti proqnozlaşdırılır. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında avqustun 19-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə olacaq. Dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru