Hillari Klintona ağciyərlərin iltihabı diaqnozu qoyulub (VİDEO)

Hillari Klintona ağciyərlərin iltihabı diaqnozu qoyulub (VİDEO)

 ABŞ prezidentliyinə namizəd Hillari Klintonun şəxsi həkimi 2001-ci il 11 sentyabr terror aktı qurbanlarının xatirəsinə Nyu-Yorkda keçirilən mərasim zamanı baş verən hadisəni izah edib; həkimin sözlərinə əsasən, siyasətçi pnevmoniya xəstəsidir.
 
Bu barədə SalamNews RİA “Novosti”yə istinadən xəbər verir.
 
Ötən gün Nyu-Yorkda keçirilən mərasim zamanı H.Klinton özünü nasaz hiss edib və tədbiri vaxtından əvvəl tərk edib.
 
KİV prezidentliyə namizədin huşunu itirdiyi barədə məlumat yayıb.
 
H.Klintonun həkimi Liza Berdak cümə günü prezidentliyə namizədi müayinə etdiyini söyləyib. Həyəcana səbəb siyasətçinin davamlı olaraq öskürməsi olub.
 
“Ona ağciyərlərin iltihabı diaqnozu qoyulub.”, - həkim bildirib.
 
Klintonun seçkiöncəsi qərargahının yaydığı bəyanatda eks-dövlət katibinə antibiotiklər yazıldığı qeyd edilib.
 
Bundan başqa, həkim ona istirahət etməsini məsləhət görüb.
 
Buna baxmayaraq H.Klinton 2001-ci il 11 sentyabr terror aktı qurbanlarının xatirəsinə həsr edilən mərasimə yollanıb.
 
Qərargah nümayəndələrinin sözlərinə əsasən, Klinton orada istilənib və susayıb.
 
Nyu-Yorkdakı hadisədən dərhal sonra həkim Berdak yenidən Klintona baxış keçirib.
 
Həkim ABŞ prezidentliyinə namizədin vəziyyətinin düzəlməyə doğru getdiyini söyləyib.
 
Klinton hadisədən sonra qızının evinə yollanıb. Oradan çıxarkən jurnalistlərə sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını deyib.
 
“Özümü gözəl hiss edirəm.”, - 68 yaşlı H.Klinton qeyd edib.
 
"Twitter" istifadəçiləri Nyu-Yorkdakı hadisəyə dərhal reaksiya veriblər.
 
Boston Boblhed yazıb: "Allahım! Xahiş edirəm, bu yazıq qadına, sadəcə, yarışdan çıxmağa imkan ver."
 
Patrik Trjienskinin diqqətini Klintonun bordyura ilişərək itirdiyi ayaqqıbısı cəlb edib. O, ayaqqabının fotosunu bu sözlərlə müşayiət edib: ”Bu da prezident yarışından qalan."
 

Google+ WhatsApp ok.ru