Hindistan arakanlı müsəlmanları deportasiya edir

Hindistan arakanlı müsəlmanları deportasiya edir

Hindistanda Ali Məhkəmə arakanlı müsəlmanların Myanmaya deportasiya edilmələrinin dayandırılmasını rədd edib.

Bu barədə "HindustanTimes" xəbər verib. Xəbərə görə, Ali Məhkəmə müdafiə vəkili Praşant Bhuşanın Myanmada zülmə məruz qalmaqdan narahat olan 7 arakanlı müsəlmanın Hindistanda qalmasına icazə verilməsi yönündəki tələbini qəbul etməyib.

Hindistana qeyri-qanuni yollarla daxil olmağa görə 2012-ci ildə həbs olunan 7 arakanlı müsəlmanın Ali Məhkəmənin qərarı ilə bir neçə saat içində Manipurdan Myanmaya deportasiya edilmələri gözlənilir. /eastnews.org /

Google+ WhatsApp ok.ru