Hindistanda iğtişaşlar nəticəsində 13 nəfər ölüb - VİDEO

Hindistanda iğtişaşlar nəticəsində 13 nəfər ölüb - VİDEO

-- 70-dən çox adam yaralanıb

Hindistanın Tamil Nadu ştatında yerləşən Tutikorin şəhərində polislə nümayişçilər arasında son iki gündə baş verən toqquşmalarda azı 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb.
 
Maide.Az bildirir ki, bu barədə "Report"a istinadən xəbər verir.
 
Qeyd edək ki, mayın 22-dən bu liman şəhərində kütləvi nümayişlər başlayıb. Etirazçılar "Sterlite Industries" şirkətinə məxsus çuqunəridən zavodunun bağlanmasını tələb edib, eləcə də yeni zavodun tikintisinə qarşı çıxıblar.
 
Sakinlər bu şirkətin işinin Tutikorin şəhərini çirkləndirdiyini və yerli əhalinin səhhətinə mənfi təsir göstərən əsas səbəblərindən biri olduğunu düşünürlər.
 

Google+ WhatsApp ok.ru