Hindistanda 10-dan çox adam `samoqon`dan zəhərlənərək ölüb 17 Avqust 2016 01:00 Dünya Hadisə Bihar ştatının Qopalqanc dairəsində baş verib Hindistanın Bihar ştatında kustar üsulla hazırlanmış spirtli içki - "samoqon" içdiklərinə görə azı 11 nəfər ölüb, 5 nəfərin vəziyyəti isə ağırdır. "Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ştatın Qopalqanc dairəsində qeydə alınıb. Ölənlərin yaxınlarının sözlərinə görə, onlar kustar üsulla hazırlanmış içkini çərşənbə axşamı qəbul edib. Ardından onların halı pisləşib, nəfəs almaqda çətinlik çəkiblər, qarınlarında ağrılar başlayıb. Onlar xəstəxanaya çatdırılsalar da, orada keçiniblər. Polis hadisənin araşdırılması üçün qrup yaradıb və hələlik ölümə "samoqon"un səbəb olduğunu təsdiq etmir. / Teqlər : #Hindistanda 10dan çox adam `samoqon`dan zəhərlənərək ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb 6 illik fasilədən sonra İran Xəzəryanı ölkələrlə neft mübadiləsinə başlayacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO