Hindistanda 500 insan istidən həlak oldu

Qeyri-adi istilər Hindistanda yüzlərlə insanın həyatına son qoyub. Son 4 gündə 500 nəfərin həyatını itirdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, bu barədə "Times of İndia" agentliyi məlumat yayıb. 
 
Xəbərə görə, ən yüksək temperatur Andxra-Pradeş ştatının Maçilipatnam və Tuni şəhərlərində qeydə alınıb. Bu ştatda istilik 47 dərəcə olub. 
 
Meteoroloqlar yaxın günlərdə havanın hərarətinin yüksəlməyəcəyini bildiriblər.
 
Hindistanda adətən aprel — may aylarında hava şəraiti quru və isti olur. 

Google+ WhatsApp ok.ru