Hindistanda anomal soyuq hava şəraiti 30 nəfərin ölümünə səbəb olub

Bazar ertəsi Hindistanın şimalındakı Uttra-Pradeş ştatındakı anomal soyuq hava şəraiti 31 nəfərin ölümünə səbəb olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

“Zee News” telekanalının məlumatına görə, ölənlərdən səkkizi ştatın şərqində yaşayan sakinlərdir. Burada iki gün ərzində temperatur mənfi beş dərəcəyə düşüb. Daha altı nəfər Aud vilayətində, 4 nəfər Merath və Kampurda, 7 nəfər Moradabad şəhərində, altı nəfər isə Aliqarhda həlak olub.

Temperaturun aşağı düşməsi və güclü duman səbəbindən 150-dən artıq qatar təxirə salınıb. Həmçinin bir sıra aviareyslər ləğv edilib, sərnişin nəqliyyatının hərəkətində çətinlik yaranıb. Hakimiyyət yerli məktəbləri dekabrın 28-dək bağlamağı qərara alıb. Sinoptiklərin məlumatına görə, region üçün anomal soyuq hava şəraiti hələ bir neçə gün də davam edəcək. /

Google+ WhatsApp ok.ru