Hindistanda avtobus çaya aşdı, 44 nəfər həlak oldu

Hindistanda avtobus çaya aşdı, 44 nəfər həlak oldu

Hindistanın şimalında sərnişin avtobusunun çaya aşması nəticəsində 44 nəfər həyatını itirib. 
 
Maide.info xəbər verir ki, hadisə Himaçalpərdaş əyalətində baş verib. Avtobus 200 metrlik dərəyə düşüb. 
 
Hindistan rəsmilərinin məlumatına görə, hadisənin baş vermə səbəbi hələlik məlum deyil. 
 
Hadisə zamanı sərnişin avtobusunda 56 nəfər olub ki, onlardan yalnız 2 nəfər xilas olunub. 44 nəfər həlak olub və digərlərinin axtarışı davam etdirilir. 
 
Hindistanda yol qəzaları  nəticəsində ölənlərin sayı həddən artıq çoxdur. Belə ki, ildə 110 min insan yol qəzalarında həyatını itirir.
 
 

Google+ WhatsApp ok.ru