Hindistanda binaların çökməsi nəticəsində 7 nəfər ölüb,18 nəfər yaralanıb

Hindistanda binaların çökməsi nəticəsində 7 nəfər ölüb,18 nəfər yaralanıb

Hindistanın Mumbay şəhərində 3 müxtəlif binanın çökməsi nəticəsində ən azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, son sutka ərzində baş verən çökmə hadisənin ən çox tələfata səbəb olanı şəhərin Fort rayonunda yerli vaxtla saat 16:40 radələrində baş verib. İstismara yararsız hesab edilən 6 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi 5 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnib. Səlahiyyətli qurumlar dağıntı altında daha çox sakinin qaldığını güman edirlər. Hazırda axtarış işləri davam edir. Bildirilir ki, bina yaşayış üçün təhlükəli elan olunandan sonra sakinlər oradan köçürülmüşdü. Amma onların bəziləri daha sonra yenidən binadakı mənzillərinə qayıdıblar.
 
Şəhərin Malad adlanan hissəsində yerli vaxtla saat 14:30 radələrində baş verən digər hadisədə isə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Xilasedicilər çökən ikimərtəbəli binanın dağıntıları altından 15 nəfəri sağ çıxara biliblər.
 
Mumbayın şəhərkənarı ərazilərindən olan Moralda saat 20:30 radələrində baş verən başqa bir çökmə nəticəsində isə 2 nəfər xəsarət alıb.
 
Qeyd edək ki, hər 3 çökmə hadisəsinə şiddətli yağışlar səbəb olub. Son 3 gündür Mumbayda müşahidə olunan şiddətli yağışlar şəhərin bir neçə yerində daşqına səbəb olub.
 

Google+ WhatsApp ok.ru