Hindistanda etiraz aksiyaları zamanı iki nəfər ölüb

Hindistanda etiraz aksiyaları zamanı iki nəfər ölüb

Hindistanın vətəndaşlığı qanununda dəyişikliklərin qəbul edilməsinə etiraz olaraq keçirilən aksiyalarda iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
 
Karnataka ştatının Manqaluru şəhərində etiraz aksıyasına polis müdaxilə edib, polis güllələrindən iki nəfər həyatını itirib.
 
Dekabrın 20-si axşama qədər şəhərdə fövqəladə vəziyyət elan edilib.
 
Hindistanda federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
 
Qəbul edilmiş qanun Hindistan müsəlmanlarının narazılıqlarına səbəb olub. Aksiyaların təşkilatçılarının fikrinə görə, bu qanun yerli əhalinin maraqlarına zidddir.
 
Dekabrın18-i Hindistanın Ali Məhkəməsi ölkədəki iğtişaşlara baxmayaraq, qanunun ləğvinə dair müraciəti rədd edib.
 
Qeyd edək ki, Nyu-Dehlidə Hindistan vətəndaşlığının verilməsi qanununa edilən dəyişikliklərə qarşı keçirilən etiraz aksiyaları zamanı son sutkada təqribən 1200 nəfər saxlanılıb.

Google+ WhatsApp ok.ru