Hindistanda müsəlman qırğınına kim son qoyacaq?

Hindistanda müsəlman qırğınına kim son qoyacaq?

Hindistan təhlükəsizlik qüvvələri Mücahidin Partyasının rəhbəri Bürhan Vaninin şəhadətindən sonra Cammu və Kəşmirdə müsəlman qırğınına başlayıb.
 
İngiltərə Hindistandan çıxmazdan öncə bu ölkəni dini zəmində parçaladı və təfriqə toxumu səpdi. Həmin təfriqələr bu gün də davam etməkdədir. Bir zaman İngiltərə müstəmləkəçiliyinə qarşı birgə mübarizə aparan hindular və müsəlmanlar bu gün böyük fitnələrin qurbanı olub.
 
Pakistan 1947-ci ildə müstəqilliyini elan etdi. Amma fitnəkar qüvvələrin təxribatı sayəsində əhalisi müsəlman olan Cammu və Kəşmir Hindistanın tərkibində qaldı. 60 ildir bu məntəqədə gərginlik yaşanır.
 
8 iyulda Hindistan təhlükəsizlik qüvvələri Mücahidin Partiyasının 22 yaşlı rəhbəri Bürhan Vanini şəhadətə çatdırıb. Şəhidin dəfn mərazimi geniş etiraz nümayişinə çevrilib. Polis 30 müsəlmanı qətlə yetirib. 300 yaralı var. Qırğına Pakistan etiraz edib. İki dövlət arasında müzakirələr böhranın aradan qalxmasına kömək edə bilər. Beynəlxalq təşkilatlar isə həmişəki kimi müsəlman qırğınına biganədir.
 

Google+ WhatsApp ok.ru