Hindistanda müsəlmanlar Qurana hörmətsizliyə etiraz olaraq ayağa qalxdı

Hindistanda müsəlmanlar Qurana hörmətsizliyə etiraz olaraq ayağa qalxdı

Hindistanda  partiyalardan birinin toplantısında Qurani-Kərimin cırılması ölkə müsəlmanlarının sərt reaksiyasına səbəb olub.
 
Maide.Az xəbər verir ki,  yüzlərlə Hindistan müsəlmanı Yeni Dehlinin baş naziri Arvind Kecviralın ofisinin qarşısında toplaşaraq, onun rəhbərlik etdiyi partiyanın bir üzvü tərəfindən Pəncab əyalətində keçirilən toplantıda Qurani-Kərimin cırılmasına etiraz ediblər.
 
Etirazçılar bəyanat yayaraq,  Qurani-Kərimә qarşı dözümsüzlük nümayiş edən şəxsin və partiyanın rəsmi şəkildə üzr istəməsini və həmin şəxsin mühakimə olunmasını tələb ediblər.
 
Radikal hindlilәrdәn Nareş Yado bir ay əvvəl partiyasının Pəncab ştatındakı iclasında Qurani-Kərimdən bir neçə səhifə cıraraq müqəddəs kitaba qarşı düşmənçiliyini göstərmişdir.
 
Qeyd edək ki, Hindistanın 1 milyard  250 milyon əhalisindən 200 milyonu müsəlmandır. (Irna) 
 

Google+ WhatsApp ok.ru