Hindistanda qəribə hadisə: Körpə öz dəfnində ağladı 13 İyul 2020 14:02 Maraq dünyası Hindistanın Racastan ştatında qəribə hadisə baş verib. Maide.Az "shafaqna"-a istinadən xəbər verir ki, belə ki, həkimlərin ölü hesab etdiyi yenicə doğulmuş qız uşağı öz dəfnində ağlayıb. Bildirilir ki, doğuşda iştirak edən tibb bacısı körpəni ölü zənn edib və onun üzərini polietilen paketlə örtərək dəfn edilməsi üçün anasına verib. Təzə doğulmuş köprənin qohumları dəfnə hazırlaşarkən, o, ağlamağa başlayıb. Atası dərhal təcili yardım çağırıb, lakin həkimlər 1,5 saatdan sonra gəliblər. Həmin zamanadək körpənin vəziyyəti pisləşib və dünyasını dəyişib. Körpənin ailəsi xəstəxana əməkdaşlarını səhlənkarlıqda ittiham edib. Tibb işçiləri taqsırlarını təkzib edərək iddia edirlər ki, körpənin qohumları ölüm faktı rəsmi təsdiq edilməmiş cəsədi götürüblər. Teqlər : #Hindistanda,#qəribə,#hadisə:,#Körpə,#öz,#dəfnində,#ağladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zibildən körpü tikəcəklər ‘İnstagram’ parolu və ‘Whatsapp’ mesajına aldanmayın