Hindistanda qatar qəzasıda ölənlərin sayı 133 nəfərə çatıb

Hindistanda qatar qəzasıda ölənlərin sayı 133 nəfərə çatıb

Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb 
 
Bu ana qədər 80 nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib
 
Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
 
Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.
 
Bu ana qədər 80 nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib. Onların hamısı Hindistan vətəndaşlarıdır və ölkənin 4 ştatının - Uttar Pradeş (45 nəfər), Madhya Pradeş (20), Bihar (14) və Maharaştra (1) sakinləridir.
 
Qeyd edək ki,Qəzanın səbəbi hələ də məlum deyil. İxtisaslı qurumların rəsmiləri qəzaya relslərdən birindəki nasazlığın səbəb ola biləcəyini ehtimal edir. /
 

Google+ WhatsApp ok.ru