Hindistanın İraqdakı səfiri İmam Əlinin (ə) pak hərəmini ziyarət etdi

Hindistanın İraqdakı səfiri İmam Əlinin (ə) pak hərəmini ziyarət etdi

Hindistanın İraqdakı səfiri Pradip Sinqh Rac Borohit Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəmini ziyarət edib.
 
Hindistanlı səfir hərəmin beynəlxalq və xarici media əlaqələri üzrə nümayəndəsi Məhəmməd Həsən Rəzuqi tərəfindən qarşılanıb və ona hərəmdəki yenidənqurma işləri barədə məlumat verilib.
 
“Ölkəmin səfiri kimi ilk dəfə bəşər aləminin rəmzi olan İmam Əlinin (ə) hərəmini ziyarət etmək mənim üçün böyük şərəfdir”, - deyə səfir Pradip Sinqh Rac Borohit bildirib.
 
Səfir hərəmdəki xidmət və təşkilatçılıqdan məmnun olduğunu da sözlərinə əlavə edib.
 
İmam Əlinin (ə) pak hərəmi tərəfindən səfirə bəzi rəmzi hədiyyələr verilib. (deyerler) /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru