Hizbullah: Ərəb ölkələrinin İslami Müqavimət ilə bağlı qərarı düşüncəsiz və düşməncəsinə atılmış addımdır

Livan “Hizbullah”ı Fars Körfəzi ərəb ölkələrinin İslami Müqavimət hərakatını  “terrorçu” adlandırmaqla bağlı qərarını düşüncəsiz və düşməncəsinə atılmış addım adlandırıb. 
 
Maide.az xəbər verir ki,  Hizbullahın Livan parlamentdəkı nümayəndələri ərəb ölkələrinin bu qərarını  düşüncəsiz və düşməncəsinə  atılmış bir addım olduğunu bildiriblər. “Biz bu hərəkəti pisləyirik və elan edirik ki, Səudiyyə rejimi  bu qərarın verilməsi və ondan irəli gələcək məsələlərdə məsuliyyət daşıyır.”
 
Qeyd edək ki,  Fars Körfəzi Əməkdaşlıq Şurasının 6 ölkəsi ötən gün  işğalçı İsrail rejimi və Suriyada  terrorçu qruplaşmalarla mübarizə aparan Hizbullahı   “terrorçuları dəstəkləyənlər siyahısına” daxil edib.Bu addım Hizbullaha qarşı təzyiqləri daha da artırmaq məqsədi ilə atılıb. /
 

Google+ WhatsApp ok.ru