Hizbullahdan İsrail rejiminə cavab: `Cəzalandırma olacaq!`

İsrail rejiminin son hücumlarına artıq Hizbullahdan cavab gəlib. Maide.az xəbər verir ki, Hizbullaha yaxın mənbələr Hizbullahın İsrailə cavab tədbirləri gördüyünü açıqlayıb. Hizbullah adından açıqlama edən Seyid Həsən Nəsrullah da cəzalandırma iddialarını təsdiqləyərək, "Cəzalandırma tədbiri açıq bir variantdır. Bunun nə zaman və nə formada olacağı müəyyən şərtlərə bağlıdır. Bu hücum hər an reallaşa bilər", - deyib.
 
Suriya İnformasiya naziri Umran Zubi də "əl-Manar"a verdiyi açıqlamada Müqavimət oxunun bütöv bir ailə olduğunu və üzvlərindən birinə qarşı təcavüzün digərlərinə qarşı da aparılmış olduğunu deyib.
 
Həmas sözçüsü Sami Əbu Zuhri də verdiyi bəyanatla İsrailin Hizbullaha qarşı dünənki təcavüzü lənətləyib.

Google+ WhatsApp ok.ru