Hizbullah üzvü MOSSAD-ın binası qarşısında şəkil çəkdirdi - FOTO

Hizbullah üzvü MOSSAD-ın binası qarşısında şəkil çəkdirdi - FOTO

Livanın Hizbullah təşkilatının üzvü sionist İsrailin məxfi kəşfiyyat orqanı olan MOSSAD-ın binası qarşısında şəkil çəkdirib. Təl-Əviv şəhərindəki təhlükəsizlik binası qarşısında şəkil çəkdirən şəxs əlində Hizbullah bayrağı və şəhidlərdən bəhs edən plakat tutub.
 
Hizbullahın MOSSADa yönəlik bu addımı İsrail rejimində böyük narazılıq yaradıb. Kəşfiyyat orqanı ətrafında formalaşan yüksək peşəkarlıq mifinin qırılmasına səbəb olan bu xəbər Hizbullahın İsrail rejimində əməliyyat keçirə bilmək bacarığını ortaya qoyub.
 
Qeyd edək ki, sionist İsrail və Livanın Hizbullah təşkilatı arasında 2006-cı ildə baş vermiş və 33 gün davam edən müharibə zamanı rəsmi Təl-Əviv xeyli sayda canlı qüvvə və texnika itirməklə yanaşı, “məğlübedilməz ordu” imicini itirib. (faktxeber) /
 
 
 

Google+ WhatsApp ok.ru