`Human Rights Watch` Myanma əleyhinə sanksiyalar sərtləşdirilməlidir

`Human Rights Watch` Myanma əleyhinə sanksiyalar sərtləşdirilməlidir

"Human Rights Watch" Myanma əleyhinə sanksiyalar sərtləşdirilməlidir 
 
Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” Myanma hökumətinin rohingiyalı müsəlmanlara qarşı repressiyalarının ardından bu ölkəyə qarşı məqsədyönlü sanksiyaların tətbiqini və Myanma ordusuna silah satışını qadağan edən sanksiyaların tətbiqini istəyib. 
 
Maide.Az xəbər verir ki, "Human Rights Watch" Myanma hökumətinin zülmündən Banqladeşə sığınan 410 mindən çox müsəlman qaçqının olduğunu vurğulayaraq bildirib ki, Myanma təhlükəsizlik qüvvələri zorakılıqlara qarşı beynəlxalq qınaqlara önəm vermir. “Artıq daha sərt və ağır addımların atılmasının vaxtı gəlib çatıb. Elə addımlar ki, myanmalı generallarını zülmdən çəkindirsin”. 
 
"Human Rights Watch"-ın bəyanatında bildirilir ki, BMT Təhlükəsizlik Şurası və aidiyyatı ölkələr Myanma ordusuna qarşı məqsədyönlü və silah satışını qadağan edən sanksiyalar tətbiq etməlidir. Bununla bəlkə onlar kütləvi qırğınlardan əl çəkərlər.
 
"Human Rights Watch" həmçinin adiyyyatı ölkələrdən istəyib ki, müsəlmanlara qarşı zülm edən və insan haqlarını tapdalayan Myanma ordu rəsmilərinə qarşı maliyyə və ölkədən çıxış qadağaları tətbi olunsun. “Silah satışına qoyulmuş sanksiya daha da genişlənməlidir, Myanma hökuməti ilə hər növ silahın satışı, yardımlar və hərbi əməkdaşlıqlar dayandırılmalıdır. Myanma hərbiçilərinə məxsus şirkətlərlə iqtisadi əməkdaşlıqlarda qadağan olunmalıdır”. /

Google+ WhatsApp ok.ru