Human Rights Watch  Şeyx Zəkzakini azad etməyə çağırıb

Human Rights Watch Şeyx Zəkzakini azad etməyə çağırıb

Human Rights Watch  bəyanat yayaraq Nigeriya rəsmilərindən istəyib ki, İslami Hərəkata qarşı təzyiqləri dayandırsın və  bu hərakatın lideri Şeyx İbrahim Zəkzakini azad etsin. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Human Rights Watch" elan edib :  “Nigeriya rəsmirləi  İslami Hərəkata qarşı cinayət törətmiş hər bir şəxsi cəzalandırmalı və məhkəmənin qərarına əsasən Şeyx Zəkzaki və həyat yoldaşının tez bir zamanda sərbəst buraxılması üçün lazimi işləri görməlidir”. 
 
Human Rights Watch yayımladığı bəyanatda bildirir ki,  Nigeriya ordusu    ötən ilin dekabr ayının 12-14-də İslami Hərəkatın üzvlərinə qarşı güc tətbiq edib. 
 
Human Rights Watch-ın Nigeriya məsələri üzrə eksperti  Mausi Segun deyib ki, Zariya hadisəsinə ordu əsgərlərinin rolu və polisin sonrada İslami Hərəkata qarşı atdığı addımlar  Nigeriyanın orduda islahat aparacağı ilə bağlı öhdəliyində şübhələr yaradıb. “Kaduna yerli  hökumətininn bu islami qrupa qarşı  repressiyaların davam etdirilməsi və hücum edənlərin cəzalandırılmaması göstərir ki, ədalətin icrasına diqqət olunmur.”, -deyə M.Segun bildirib. 
 
Xatırladaq  ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
 
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb olunur.
 
Nigeriya hökuməti Nigeriya İslami Hərakatının fəaliyyətini qadağan edib. Şeyx Zəkzaki artıq 1 ildir ki, heç bir ittiham irəli sürülmədən yaralı olduğu halda həbsdə saxlanılır. Bir müddət öncə Nigeriya Federal Məhkəməsi Şeyx Zəkzakinin 45 gün ərzində sərbəst buraxılmasına dair qərar çıxarıb. Lakin bundan sonra hökumət ötən həftə  bu hərakatın 30 il “qanunsuz” fəaliyyət göstərdiyini  iddia edərək Şeyx Zəkzakinin mühakimə olunacağını bildirib.
 
 

Google+ WhatsApp ok.ru