Husilər Yəməndə işğalçı ərəb koalisiyasının hərbi təyyarəsini vurdular 15 Fevral 2020 09:24 Dünya Yəmənin Əhli-beyt (ə) ardıcılı Ənsarullah Husilər hərəkatı fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə işğalçı ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər. Maide.Az xəbər verir ki, bu barədə "Əl-Masira" telekanalına məlumat verib. "Ənsarullah" hərəkatı işğalçı qüvvələrə hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. Teqlər : #Husilər,#Yəməndə,#işğalçı,#ərəb,#koalisiyasının,#hərbi,#təyyarəsini,#vurdular, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Berlin və Londonda 14 fevral Bəhreyn inqilabının 9-cu ildönümü münasibətiylə aksiya keçirildi - FOTO Almaniyada ‘din və mədəniyyət’ təlim kursu keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO