Həkimlər Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirdi

Həkimlər Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirdi

Psixoloq həkimlər Nyu-Yorkda aksiya keçirərək ABŞ prezidentinin işdən uzaqlaşdırılmasını tələb edib. 
 
Maide.Az xəbər verir ki,  Nyu-York Postun məlumatına görə, The Duty to Warn PAC adlı qrupun dəvəti ilə keçirilən aksiyada prezident Donald Trampın təhlükəli olduğu və prezidentlik vəzifəsindən  uzaqlaşdırılması tələb olunub. 
 
Qeyd edək ki, The Duty to Warn PAC adlı qrupda bir qrup psixoloq və səhiyyə eksperti üzvdir. Bu qrup ABŞ-da aksiyalar təşkil etməklə Trampın psixoloji problemləri haqda xəbərdarlıq etməyə çalışır.
 
Nyu-York Postun məlumatına görə, bu qrupun qənaətincə, Trampın psixi vəziyyəti elə bir durumdadır ki, o nüvə müharibəsini başlada bilər.
 

Google+ WhatsApp ok.ru