Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb - FOTO

 Bu gün səhər saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur.
 
Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar var. Dəniz səviyyəsindən 2 min metrdən çox ərazilərdə isə yağıntı müşahidə olunmur.
 
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperatur aşağı düşüb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru