Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Çox sərt zərbələr endirəcəyik”

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Çox sərt zərbələr endirəcəyik”

Şimali Koreya ABŞ-ın hərbi müdaxiləsinə cavab olaraq ABŞ ordusunun hərbi bazalarını və Cənubi Koreya prezidentinin Seuldakı iqamətgahını hədəfə alacaqlarını bildirib.
 
Bu barədə Şimali Koreya Xalq Ordusunun qərargahı məlumat yayıb.
 
“Bütün iqtisadi, siyasi və hərbi təxribatların qarşısı xalqımız və ordumuzun sərt zərbələri ilə alınacaq”.
 
Şimali Koreya hərbi rəhbərliyi Osan, Kusan və Pxentexdə yerləşən Amerika bazalarını, “Çxonvade” prezident iqamətgahını bir neçə dəqiqəyə külə çevirəcəklərini bildirib. Bundan başqa, “Karl Vinson” aviadaşıyıcısı da hücumlara məruz qalacaq. (modern) /

Google+ WhatsApp ok.ru