Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gəlir

Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gəlir

-- 5-6 aprel tarixlərində

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.
 
Maide.Az bildirir ki, “Report”-a istinadən xəbər verir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.
 
Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.
 
Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat hələ ki, daxil olmayıb.

Google+ WhatsApp ok.ru